AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Rəhbərlik
2020-05-08 14:15:00

Sadiq MəmmədovSədr

Sadiq Ərzuman oğlu Məmmədov 10 iyun 1970-ci ildə Salyan rayonunda anadan olub. 1970-ci ildə Salyan rayonu 7 saylı orta məktəbi qızıl medalla bitirərək həmin ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuş, 1995-ci ildə isə institutu həkim-kardioloq ixtisası üzrə bitirmişdir.

1997-ci ildə Salyan Rayon Mərkəzi Xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq vəzifəsində əmək fəaliyyətinə başlayıb və 2003-2009-cu illərdə “Asfarma” MMC-də tibbi nümayəndə, Cənub bölgəsi üzrə direktor, Bakı və rayon bölgə koordinatoru vəzifələrində, 2010-cu ildə “Farmservis” MMC firmasında marketinq üzrə menecer vəzifəsində, 2010-2013-cü illərdə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində, 2013-2014-cü illərdə “Euromed” özəl tibb mərkəzində filial direktoru, 2014-2015-ci illərdə “Suraxanı Tibbi Bərpa Mərkəzi”ndə baş həkim, 2015-2018-ci illərdə isə direktor vəzifələrində çalışmışdır .

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə 14 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.


Tamilla ƏliyevaSədr müavini

Əliyeva Tamilla Aliyevna 26 mart 1963-cü  ildə   Sumqayıt şəhərində anadan olub. 1980-cı ildə Xırdalan şəhəri 2 saylı  orta  məktəbi  bitirib. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsini bitirib, ali təhsilli bioloq  ixtisasına yiyələnib. 2007-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq fakültəsini başa vurub, baytar həkimi ixtisasına yiyələnib.

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda 1988-ci ildən 2014-cü ilədək böyük laborant vəzifəsindən institutunun direktor vəzifəsinə qədər inkişaf edib. 2015-2018-ci illərdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edib.Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin  sədr müavini vəzifəsində çalışır.

2000-ci il tarixdə dissertasiya mudafiə edib, biologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.

2012-2014 illərdə ABŞ-nın CDC təşkilatı nəzdindəki Gurcüstandakı ofisinin Cənubi Qafqaz Regional Program çərçivəsində Tətbiqi Epidemiologiya və Laboratoriya Menecmenti üzrə təlim kursları bitirib, beynəlxalq sertifikatını əldə edib.

56 elmi əsərin müəllifidir, оnlar ölkədə və xaricdə çıxan dövrü elmi məcmuələrdə nəşr оlunub.

Ökəmizdə və xaricdə кeçirilən çox sayda elmi-praкtiкi коnfrans, simpozium, seminarlarda fəal iştirak edib.  

Birləşmiş Millətlər Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilmiş Quş Qripi və Azərbaycan Respublikasında Heyvandarlıq Sektorunun İnkişaf Strategiyasına dair layihələrin milli ekspert kimi fəaliyyət göstərib. Hazırda dabaq xəstəliyinə dair regional layihəsində Azərbaycan Respublikası tərəfindən milli ekspert  kimi çalışır. Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OIE) Kommunikasiya və Baytarlıq Preparatlarının Nəzərəti üzrə Milli Cavabdeh Şəxsdir.

2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir oğlu var.


Elşad MəmmədovSədr müavini

Elşad Ələkbər oğlu Məmmədov 28 avqust 1960-cı ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olub. Ali təhsilini 1977-1983-cü ildə sanitariya həkimi ixtisası üzrə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda alıb.

1983-cü ildə Bakı şəhəri Xətai rayonu Gigiyena və Epidemiologiya Mərkəzində həkim vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1992-ci ildə Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi şöbəsinin müdiri, 1996-cı ildə Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi şöbəsinin müdiri, 1998-2002-ci ildə Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri, 2002-2003-cü ildə Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya və gigiyena şöbəsinin müdiri, 2005-ci ilin noyabrınadək Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal və qidalanma gigiyenası şöbəsində sanitariya həkimi, 2005-2014-cü illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xəbərdaredici sanitariya şöbəsinin sanitariya həkimi vəzifələrində işləmişdir.

2014-2018-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi”nin Lisenziyalaşdırma və akkreditasiya şöbəsinin müdiri, 2018-ci ilin may ayından həmin ilin sonunadək Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2019-cu ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəis müavini vəzifəsində işləyib.

2020-ci ilin aprel ayının 8-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır