AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir” mövzusunda təlim keçirilib
08-04-2022 15:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) UNICEF və Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən növbəti onlayn təlim “Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir” mövzusuna həsr olunub.

Təlimdə iştirakçılara xammal və yarımfabrikatlarla işləyən məktəb yeməkxanalarındakı avadanlıq və sahələr, paylayıcı məktəb bufetinin tərkibindəki sahələr, kənd məktəbləri, isidilmə və ventilyasiya sistemlərinə dair tələblər, su təchizatı, kanalizasiya sistemlərinə dair tələblər, qida tullantıları ilə bağlı tələblər, qida məhsullarının saxlanmasına dair tələblər, qida obyektlərində istifadə olunan avadanlıqlara dair gigiyena tələbləri, qidanın servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair tələblər haqqında məlumat verilib.

Qeyd edək ki, “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə keçirilir. Layihənin yekununda keçiriləcək imtahanlarda uğur qazananlar “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunacaqlar.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır