AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
2019-cu ildə AQTA tərəfindən 65 bölgədə 135 ümumtəhsil müəssisəsində "Sağlam məktəbli" layihəsi keçirilib
23-01-2020 16:20

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsi davam edir. Layihədə 2019-cu il ərzində ümumilikdə 20 000-ə qədər müəllim və şagird iştirak edib. Layihə çərçivəsində respublikamızın 65 bölgəsinin 135 ümumtəhsil müəssisəsində sağlam qidalanmanın təşviqi istiqamətində tədbirlər həyata keçirilib.

Məktəblilərlə görüşlərdə Agentliyin fəaliyyət istiqaməti və layihə haqqında ətraflı məlumat verilib. Qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, gündəlik qida rasionunun təşkili, süd və süd məhsullarının faydaları, məktəblinin sağlam qidalanması, qida zəhərlənmələrinin qarşısının alınması üçün görülən tədbirlər, enerji içkilərinin insan orqanizminə zərərləri, plastik qabların və torbaların qida məhsullarına təsiri, mal qonşuluğu və s. kimi mövzulara toxunulub.

Tədbirlrədə AQTA-nın hazırladığı müxtəlif maarifləndirici videoçarxlar şagirdlərə nümayiş etdirilib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin 2020-ci ildə də bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır