AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir
24-12-2020 17:09

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin mövcud olub-olmamasını müəyyən edir;
- Aşkarlanmış zərərli orqanizmlərin diaqnostikası üçün entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizaların həyata keçirilməsində iştirak edir;
- Laboratoriya tədqiqatları üzrə sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli hazırlanmasını təmin edir;
- Görülmüş işlər barədə aylıq hesabatları hazırlayır;
- Qanunvericilik aktlarında nəzərdə tutulan digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Fitosanitar laborator diaqnostika sahəsində baza biliklərə malik olmalı;
- Bitki karantini və Fitosanitar nəzarəti sahəsindəki qanunları, fərmanları və qərarları bilməli;
- Müayinələrin həyata keçirilməsini və müayinə nətiəcələrinin sənədləşdirilməsini bilməli;
- Müayinələr zamanı cihaz və avadanlıqlardan istifadə qaydalarını, onlara minimum texniki qulluq tələblərini bilməli;
Ali təhsil tələbi:
- Bakalavriat səviyyəsi – Bioloq, bitki mühafizəsi, aqronomluq. Magistratura səviyyəsi arzuolunandır.
- Xaricdə təhsil almış və ya təcrübə keçmiş şəxslərə üstünlük verilir.
Təcrübəyə dair tələb:
- Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;
Şərtlər:
- İş qrafiki: Tam iş günü
Üstünlüklər:
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ fitosanitariya mütəxəssisi” yazaraq 01.02.2021 tarixinə qədər hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır.
Suallar ilə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: 
+99412 377-00-20 (530) AQTİ-nin Kadrlar şöbəsi  

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır