AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
09-05-2022 11:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, ölkəmizin tərəqqisi və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz və əvəzolunmaz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuş dahi şəxsiyyətin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. H. Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xətt, milli birlik və həmrəylik ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir.

Tədbirdə ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş olunub.

Tədbirdən sonra AQTİ-nin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri qoyub xatirəsini dərin ehtiramla anıb. Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır