- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
- AQTİ aprel ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib. Tədbirdə Fövqəladə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və AQTİ-nin əməkdaşları iştirak edib.
“Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusuna həsr olunan tədbirdə çıxış edənlər bu günün əhəmiyyətindən bəhs edərək mülki müdafiə ilə bağlı maarifləndirici kütləvi tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları barədə əhalinin mütəmadi maarifləndirilməsinin zəruri olduğu vurğulanıb, bildirib ki, həm müharibə, həm də əmin-amanlıq dövründə fövqəladə hallar baş verdikdə, istehsalat qəzaları və təbii fəlakət zamanı əhalinin mühafizəsi mülki müdafiənin əsas vəzifəsidir.
Qeyd edək ki, ölkəmiz 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür və hər il bu nüfuzlu təşkilatın tədbirlərində fəal iştirak edərək əhalinin mühafizəsi sahəsində dövlətlərarası təcrübədən geniş bəhrələnir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.