- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
- AQTİ aprel ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ aprel ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər keçirilir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsində yerli və xarici araşdırma institutları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edilir. Əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri aparılır, elmi-tədqiqat işlərinin nəticələri nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda dərc edilir.
İnstitutun Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ilə əməkdaşlığı çərçivəsində AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin əməkdaşları tərəfindən “Azərbaycan populyasiyasında yenidoğulmuşların hemolitik sarılığı xəstəliyinin molekulyar-genetik tədqiqi”nə dair elmi-tədqiqat işi aparılıb.
Elmi-tədqiqat nəticəsində patoloji sarılıqların əksəriyyətində ana südü ilə qidalanmadan başqa sarılığa səbəb olan etiolojik faktorun məlum olmadığı müəyyən edilib. Lakin xəstəliyin əsas səbəbi olan hiperbilirubinemiyanın şiddətinin qidalanma vəziyyəti və qidalanma tipi, hamiləlik yaşı, doğuş ağırlığı, irq, coğrafi bölgə və genetik faktorlara görə də aydın şəkildə dəyişə biləcəyi qeyd olunub.
Tədqiqatın nəticələrini əks etdirən “Azərbaycan Respublikası populyasiyasında qlükoza-6-fosfatdehidrogenaza ferment çatışmazlığının yayılma tezliyi” adlı məqalə “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nda nəşr olunub.