AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ heyvandarlıq müəssisələrində baytarlıq sanitariyası üzrə audit və peşəkar konsultasiya xidmətləri təklif edir
03-04-2021 14:43

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə heyvandarlıq müəssisələrində baytarlıq sanitariyası üzrə audit və konsultasiya xidmətləri təklif edir.

Xidmət çərçivəsində peşəkar mütəxəssislər tərəfindən heyvandarlıq müəssisələrinin Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyinə, sanitar-gigiyenik qaydalara uyğunluğunun yoxlanılması və audit nəticəsində aşkar edilən çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılması üzrə konsultasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Xidmət özündə heyvandarlıq müəssisələrinin quruluşunun, heyvanların saxlanılmasının, müəssisəyə yeni gətirilən heyvanların yerləşdirildiyi karantin bölməsinin, müəssisəsdə həyata keçirilən baytarlıq-sanitariya tədbirlərinin qiymətləndirilməsi, eyni zamanda kəsim bölməsinin sanitar-gigiyenik və risk əsaslı qiymətləndirilməsi mərhələlərini əhatə edir.

Heyvandarlıq müəssisələrində sağlam heyvan yetişdirilməsinə dair bütün proseslərdə risklərin qarşısını almaq və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalına nail olmaq istəyən sahibkarlıq subyektləri xidmətdən istifadə etmək üçün İnstitutun (012) 377-00-20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır