- AQTİ-də “Təlimçilər üçün təlim” proqramı davam edir
- “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər davam edir
- “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər davam edir
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarının maarifləndirilməsini davam etdirir
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarının maarifləndirilməsini davam etdirir
- Baytarlıq ixtisası üzrə təhsil alan tələbə və məzunlar üçün AQTİ-də təlim-təcrübə kursu təşkil ediləcək
- AQTİ diyetoloq-nutrisioloq vəzifəsində işləmək istəyənləri işə dəvət edir
- AQTİ-də sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ-də sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında ən yüksək nəticə əldə edib
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında ən yüksək nəticə əldə edib
- AQTİ cari ildə keçiriləcək səriştəlilik sınaqlarının planını açıqlayıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində işləri davam etdirir.
AQTİ-nin bu müstəvidə növbəti onlayn görüşü Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirilməsi İnstitutu ilə keçirilib. Görüş tərəflər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə fikir mübadiləsi aparmaq məqsədilə təşkil olunub.
Görüşdə AQTİ-də aparılan elmi-praktiki araşdırmalar və həyata keçirilən tədqiqat işlərindən söz açılıb, qida təhlükəsizliyi sahəsində tətbiqi nəzərdə tutulan yeniliklər, o cümlədən beynəlxalq standartların tətbiqi, peşəkar mütəxəssis hazırlığı və s. kimi məsələlərə toxunulub. Daha sonra qida təhlükəsziliyi, baytarlıq və fitonasitar sahədə mövcud vəziyyət ilə bağlı geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Görüş çərçivəsində ilkin əməkdaşlıq formalarının təyin edilməsi üçün bir çox mövzular araşdırılıb, həmçinin AQTİ tərəfindən prioritet istiqamətlərin müəyyən olunaraq qarşı tərəfə göndərilməsi üzrə razılıq əldə edilib.