AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirəcək
11-03-2021 17:10

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu mütəxəssisləri tərəfindən “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda onlayn seminar keçiriləcək.

HACCP sisteminin işlənib hazırlanması və tətbiqinə, eləcə də istehsalın istənilən mərhələsində məhsulun keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, keyfiyyətə nəzarət struktur bölməsində çalışan əməkdaşlar, həmçinin qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən şəxslər seminarda iştirak edə bilərlər.

Seminar “HACCP qrupunun yaradılması və qrupun tərkibinin müəyyən edilməsi”, “Məhsulun identifikasiyasının təyin edilməsi”, “Emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin müəyyənləşdirilməsi”, “Aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin edilməsi”, “Təyin edilmiş kritik nəzarət nöqtələri üçün kritik limitlərin müəyyən edilməsi”, “Kritik nəzarət nöqtələri üçün monitorinq və zəruri tədbirlərin tətbiqi”, “Aparılan təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyən edilməsi” mövzularını əhatə edəcək.

Seminarda iştirak etmək üçün qeydiyyatdan keçmək istəyən şəxslər ad, soyad, təmsil etdikləri qurum, vəzifə və əlaqə nömrəsini training@afsa.gov.az elektron ünvanına göndərə bilər, ətraflı məlumat almaq üçün (012) 565 12 82 (daxili 563, 553), (050) 401 11 12 nömrəsinə zəng edə bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır