- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitki sağlamlığı üzrə mütəxəssisləri 1 mart 2021-ci il tarixində Rusiya Federasiyasına səfər ediblər. Səfərin məqsədi iki ölkənin müvafiq laboratoriyaları və elmi-tədqiqat institutları arasında birgə tədqiqatların həyata keçirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi, bu sahədə peşəkar kadrların hazırlanmasıdır.
Səfər çərçivəsində AQTA sədrinin müşaviri Camal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ümumrusiya Bitki Karantini Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının rəhbərliyi ilə görüşü keçirilib. Görüş çərçivəsində qarşılıqlı fikri mübadiləsi aparılıb, həmçinin mütəxəssislər elmi sahədə fəaliyyət göstərən şöbə və laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar.
Səfər çərçivəsində Kolomna şəhərində yerləşən müvəqqəti saxlanma anbarlarına da baxış keçirilib. Baxış zamanı AQTA əməkdaşları Rusiyanın müvafiq qurumunun müfəttişləri ilə birgə idxal olunan məhsullara fitosanitar karantin baxışı keçirib və nümunələrin götürülməsi prosesində iştirak ediblər. AQTA və AQTİ mütəxəssisləri nümunələrin qəbulu şöbəsi, nümunələrin ekspertizası laboratoriyasında müayinələrin aparılması prosesini və idxalın rəsmiləşdirilməsini yaxından izləyib, eləcə də müvəqqəti saxlanma anbarlarına daxil olan Azərbaycana məxsus nəqliyyat vasitəsində daşınan fındıq məhsullarının ilkin müayinəsində və karantin ekspertizasında hər hansı zərərli orqanizmin aşkarlanmadığını müşahidə ediblər. Eyni zamanda zərərli orqanizmlərlə sirayətlənmiş yük partiyasının fumiqasiyasının necə həyata keçirildiyi də nümayəndə heyətinə nümayiş etdirilib.
AQTA-nın nümayəndə heyəti, həmçinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ərazi idarələri və Ümumrusiya Bitki Karantini Mərkəzinin Moskva şəhəri üzrə ərazi idarəsi laboratoriyalarına səfər edib, burada idxal və ixrac prosesləri zamanı götürülmüş nümunələrin qəbulu, o cümlədən entomologiya, herbologiya, fitohelmintologiya, bakteriologiya və virusologiya laboratoriyalarının iş prinsipi ilə tanış olublar.
Qeyd edək ki, AQTİ və AQTA mütəxəssislərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir.