AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
16-04-2021 15:08

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalar beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Bu tədbirlər çərçivəsində 28 mart 2021-ci il tarixdə Milli Referens Laboratoriyası Amerikanın Texas Universitetinin “Aflatoksin sınağı” üzrə təşkil etdiyi proqramda beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb. Xarici laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Milli Referens Laboratoriyası yüksək nəticə əldə edib.

Qeyd edək ki, bu günədək sınaq laboratoriyaları xarici laboratoriyaların qatıldığı və İngiltərənin “FAPAS”, “LGC Standard” və “Pirbright”, Almaniyanın “Muva Kempten”, Fransanın “BİPEA” kimi təşkilatlarının rəhbərliyi ilə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək yüksək nəticə göstərən laboratoriyalar sırasında yer alıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır