AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ qida sahəsində fəaliyyət göstərən mütəxəssisləri və tələbələri təlimlərə dəvət edir
09-02-2022 17:00

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi, mövcud kadr potensialının gücləndirilməsi, eləcə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün təlimlər təşkil etməklə silsilə tədbirlərini davam etdirir.

Belə ki, İnstitut laboratoriya üzrə qida sahəsində fəaliyyət göstərən mütəxəssislər və tələbələr üçün təlimlər təşkil edir. Təlimlər AQTİ-nin müasir tələblərə cavab verən laboratoriyalarında sahə üzrə yüksək təcrübəyə malik mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Metodik və praktik hissələrdən ibarət olmaqla təlimlər laboratoriya ilə bağlı mövzularda təşkil olunacaq. Bu mövzulara “Maye xromatoqrafiya (HPLC) təlimi”, “2 qat kütlə spektrli maye xromatoqrafiya (LC-MS/MS) təlimi”, “Qaz xromatoqrafiya (GC) təlimi”, ““Real-Time PCR” cihazı haqqında ümumi məlumat”, “Klassik mikrobioloji müayinələr və ISO 7218 “Mikrobioloji müayinələrə dair ümumi tələblər” beynəlxalq standartı təlimi” daxildir. Təlimlər yekunlaşdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq.

Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək istəyən şəxslər “1003 – Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır