AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində keçirilən panel sessiyasında AQTİ ilə bağlı təqdimat göstərilib
20-05-2022 15:00

Bakıda keçirilən 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgisi çərçivəsində “Heyvanların və quşların xüsusilə təhlükəli, iqtisadi əhəmiyyətli xəstəlikləri” mövzusunda panel sessiya keçirilib.

Sessiyada Rusiyanın "Heyvanların Sağlamlığının Qorunmasının Federal Mərkəzi" nümayəndələri ilə yanaşı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə heyətinin sədr müavini Tamilla Əliyeva təqdimatla çıxış edib. Bildirilib ki, AQTİ tabeliyində ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunmasında xüsusi əhəmiyyətə malik laboratoriya şəbəkələri fəaliyyət göstərir. Sessiya çərçivəsində İnstitutun kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında ətraflı məlumat verilib, laboratoriyaların beynəlxalq səriştəlilik sınaqlarında əldə etdiyi nailiyyətlər sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, laboratoriyada heyvan sağlamlığı ilə bağlı patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. Yüksək patogenliyə malik olan xəstəliklərin aşkar edilməsi məqsədi ilə laboratoriyaya daxil olan nümunələr üzrə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) təlimatına uyğun olaraq etibarlılığına və dəqiqliyinə zəmanət verilən testlərdən istifadə edilməklə ABŞ, Yaponiya, Almaniya istehsalı olan Bio-Rad, Corbett, Light Cycler, qTower və Bio-tek kimi Real Zamanda PZR cihazlarında qısa zaman müddətində müayinələr həyata keçirilir. İnstitutun tabeliyində 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyasının biotəhlükəsizlik səviyyəsinə uyğun təsis edilərək xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz ediliyini bildirən T. Əliyeva bu laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsinin, xəstəliyin zamanında aşkarlanmasının mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, panel çərçivəsində  “Quş xəstəlikləri ilə bağlı epizootik vəziyyət. 2022-ci il üçün epizootik vəziyyətin təhlili və proqnozu”, “İribuynuzlu və xırdabuynuzlu heyvanların xüsusilə təhlükəli və iqtisadi əhəmiyyətli xəstəlikləri” mövzusunda məruzə ilə çıxış ediblər. Həmçinin panel iştirakçıları sənaye quşçuluğunda quşların virus xəstəliklərinə qarşı peyvəndin effektivliyinə dair sualları cavablandırıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır