- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya təqdim olunan 2 paralel nümunədə 26 mikrobioloji parametr üzrə uğurlu nəticə əldə edib.
Qeyd edək ki, bundan əvvəl laboratoriya İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan qida məhsullarında toksiki elementlərin (As, Cd, Pb, Hg) təyini parametri üzrə səriştəlilik sınağına qatılıb və uğurlu nəticə əldə edib. Sınaqlar yüksək həssaslığa malik ICP-MS cihazında beynəlxalq metoda əsasən həyata keçirilib.
Bakı Regional Sınaq Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının, yemlərin və içməli suların Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, ISO, AOAC, ASTM, NMKL və QOST beynəlxalq standartlarında qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki-kimyəvi sınaqları aparılır.