- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
- AQTİ aprel ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
Ölkədə bitki sağlamlığının təmin edilməsi məqsədilə elmi bazanın formalaşdırılması, müvafiq texniki normativ sənədlərin, təlimat və qaydaların hazırlanması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən elmi araşdırmalar və risk qiymətləndirmələri davam etdirilir. Belə ki, İnstitutun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsi tərəfindən sözügedən sahədə müxtəlif məsələləri özündə ehtiva edən 5 adda normativ texniki sənəd layihəsi hazırlanaraq İnstitutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdiyi Elmi Komitədə müzakirəyə çıxarılıb.
“Aflatoksinin elmi risk qiymətləndirilmə hesabatı”, “Fındıqların aflatoksinlə çirklənməsinin qarşısının alınması və azaldılması norma və qaydalarına dair Təlimat”, “Qurudulmuş fındıq ləpəsinin keyfiyyət göstəricilərinə dair Təlimat”, “Emal olunmuş fındığın keyfiyyət göstəricilərinə dair Təlimat”, “Qabıqlı fındıqların keyfiyyət göstəricilərinə dair Təlimat” adlı sənəd layihələrində fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, onun yığımı, daşınması, qurudulması, saxlanılması və ixracı, habelə aflatoksinin quruluşu, yaranma səbəbləri, qida məhsullarında miqdarı, beynəlxalq səviyyədə tənzimləmələri, əmələ gəlməsinin qarşısının alınması yolları və insan sağlamlığına təsiri ilə bağlı müxtəlif araşdırmaların nəticələri təhlil edilib.
Elmi Komitədə keçirilən müzakirələrdə sənəd layihələri mütəxəssislər tərəfindən böyük marağa səbəb olub və bu barədə geniş fikir mübadiləsi aparılıb. Sənəd layihələri növbəti mərhələdə aidiyyəti qurumlara təqdim ediləcək.