AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb
09-06-2022 10:00

 

Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb.

Laboratoriyada mikrobioloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələr həyata keçirilir. Qabaqcıl texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza mütəmadi olaraq zənginləşdirilir.

İşçi heyətin səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir. Laboratoriya bir neçə beynəlxalq səriştəlilik test proqramlarında uğurla iştirak edib

Laboratoriya İngiltərənin VETQAS şirkəti tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında bruselyoz xəstəliyinin müayinəsi üzrə yüksək nəticə əldə edib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır