- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə və Sabirabad regional bölmələrinə akkreditasiya attestatları təqdim edilib. Attestatlar “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən regional bölmələrdə aparılan qiymətləndirmələrə uyğun olaraq verilib.
Belə ki, Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə və Sabirabad regional bölmələri iribuynuzlu heyvanların qan zərdabında və süddə bruselyoz, xırdabuynuzlu heyvanların və quşların qan zərdabında çiçək, taun və nyukasl xəstəliklərinin təyini üzrə AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.
Qeyd edək ki, AQTİ-nin heyvan sağlamlığı istiqamətində fəaliyyət göstərən Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə və Sabirabad regional bölmələri ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bölmələrdə qəbul edilən nümunələrin beynəlxalq metodikalara uyğun olaraq mikrobioloji, parazitoloji, seroloji, virusoloji sınaqları həyata keçirilir.
Regional bölmələr mütəmadi olaraq, müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin edilməsi, həmçinin personalın səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. Bununla yanaşı, bölmələr Böyük Britaniyanın Vetqas (Apha Scientific) şirkəti tərəfindən təşkil olunan sınaqda iştirak edərək uğurlu nəticələr göstərən laboratoriyalar sırasında yer alıb. Həmçinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə bölmələrdə çalışan mütəxəssislərin davamlı olaraq beynəlxalq və yerli təlimlərdə, eləcə də maarifləndirmə tədbirlərində iştirakı təmin edilir.