AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Mərkəzi Fitosanitar Laboratoriyası milli akkreditasiyadan keçib
15-01-2021 16:39

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla  təchiz edilib. İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.

Bu dəfə İnstitutun Mərkəzi Fitosanitar Laboratoriyasının akkreditasiya sahəsinə daxil olan metodlar üzrə qiymətləndirilməsi aparılaraq, milli akkreditasiyadan keçib. Belə ki, laboratoriyanın AZS/İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu təmin edilib.

Qeyd edək ki, Mərkəzi Fitosanitar Laboratoriyasında bitki və bitkiçilik məhsullarında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji, virusoloji ekspertizalar aparılır. Eyni zamanda, laboratoriyada bitki və bitkiçilik məhsullarında genetik modifikasiya olunmuş (GMO) orqanizmlərin sınağı həyata keçirilir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır