AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Məktəblilər arasında sağlam qidalanmanın təşviqi davam etdirilir
04-03-2022 12:00

Məktəblilər arasında sağlam qidalanmanın təşviqini nəzərdə tutan “Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində təlimlər davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti təlim “Qida məhsulu alarkən, saxlayarkən və istifadə edərkən nələrə diqqət etməliyik?” mövzusuna həsr olunub.

Təlimdə mövzuya aid geniş təqdimat nümayiş etdirilib, istehlakçıların qida məhsulu seçərkən etiket məlumatlarında nəzər yetirməli olduqları əsas məqamlar diqqətə çatdırılıb. Eyni zamanda qidalar, o cümlədən ət və ət məhsulları, balıq məhsulları, yumurta, süd və süd məhsulları, quru meyvələr, həmçinin enerji içkilərinin alınması, saxlanması və istehlakı zamanı vacib olan digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, AQTİ tərəfindən reallaşan və sağlam qidalanma vərdişlərini aşılayan layihə UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılar  fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək. 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır