- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) UNICEF və Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin sonuncu təlimi keçirilib. Layihə çərçivəsində həyata keçirilən onlayn təlim “Qida mənşəli zəhərlənmələr və qida zəhərlənməsi zamanı ilkin tibbi yardım” mövzusuna həsr olunub.
Təlimdə iştirakçılara qida zəhərlənmələri, o cümlədən Stafilokokk mənşəli zəhərlənmələr, bakterial qida zəhərlənməsi olan Botulizm, qida zəhərlənmələrinin əsas törədicilərindən biri olan Salmonella, Listeria qida zəhərlənməsi, qeyri-mikrob mənşəli və naməlum etiologiyalı qida zəhərlənmələri, həmçinin qida zəhərlənməsindən qorunmaq üçün lazımi tədbirlər və qida zəhərlənməsi zamanı ilkin tibbi yardım haqqında məlumat verilib.
Təlimlərin yekunlaşması ilə keçiriləcək imtahanı uğurla başa vuran iştirakçılar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunacaq. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcəklər. Eyni zamanda təmsil etdikləri məktəblərdə bufetlər, sanitar qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici məlumat banerləri yerləşdiriləcək, məktəblilərə paylanması üçün çap materialları ilə təmin olunacaqlar.
Qeyd edək ki, “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə keçirilir.