AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Qida istehsalında şəxsi gigiyena” mövzusunda növbəti təlim keçirilib
26-12-2022 11:59

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətini mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkil etmək məqsədi ilə mütəmadi olaraq təlimlər keçirilir.

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təşkil olunub.

Təlimdə iştirakçılar qida zəncirinin bütün mərhələlərində, o cümlədən istehsal zamanı yerinə yetirilməsi zəruri olan gigiyena qaydaları barədə məlumatlandırılıb. Həmçinin onlara şəxsi gigiyena ilə əlaqədar aparılmış tədqiqatların nəticələri barədə məlumat verilib. Qida istehsalı müəssisələrində şəxsi gigiyena qaydalarına əməl edilməsinin xüsusi əhəmiyyət daşımasından bəhs olunub. Belə müəssisələrdə çalışan işçilərin bədəninin, o cümlədən əllərinin, ağzının, burnunun, saçının və saqqalının, eləcə də geyiminin təmiz saxlanılmasının vacib olduğu vurğulanıb. Təlim zamanı iştirakçıların sualları da cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır