AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda növbəti təlim keçirilib
15-03-2023 14:41

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə təlimlər keçirilir.

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda təşkil olunub.

Təlimdə iştirakçılar qida təhlükəsizliyi, təhlükəli qida, dezinfeksiya, dezinseksiya və deratizasiya haqqında ətraflı məlumatlandırılıb. Qida zəncirinin bütün mərhələlərində sanitariya-epidemioloji tədbirlərə əməl edilməsinin vacib olduğu vurğulanıb və bununla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Həmçinin sanitariya-epidemioloji tədbirlərin təşkili izah edilib. Bildirilib ki, belə tədbirlər zamanı müəssisənin daxili və xarici məkanı planlı olaraq nəzarətdə saxlanmalıdır. Həmçinin zərərvericilərə nəzarət planları üzrə məsul şəxs təyin edilməlidir. Zərərvericilrərə qarşı həyata keçiriləcək tədbirlərlə əlaqədar müəssisə və zərərsizləşdirməni aparacaq fiziki və ya hüqüqi şəxs arasında müqavilə bağlanmalıdır. Eləcə də istifadə olunan fiziki, kimyəvi və bioloji materialların ümumi siyahısı hazırlanmalı, həmçinin materialların konsentrasiyası, tətbiq edildiyi bölgə, tətbiq metodu və nəzarət sıxlığı təyin olunmalıdır. Eyni zamanda lazım olduqda, metodun tətbiqi ilə bağlı üsullar dəyişdirilməlidir.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır