- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə növbəti görüş keçirilib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirici təlim keçiriləcək
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- Sahibkarlıq subyektlərinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılır
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər davam edir
- Qida Təhlükəsizliyi Simpoziumu keçiriləcək
- “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti ali təhsil müəssisəsində görüş keçirilib
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimlər davam edir
- Tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) inkişaf etmiş ölkələrin qida təhlükəsizliyi sahəsindəki mütərəqqi təcrübəsinin öyrənilməsi və təhlil edilməsi məqsədilə beynəlxalq təşkilatlar və bu sahədə tanınmış şirkətlərlə əməkdaşlığı davam etdirir.
Əməkdaşlıq çərçivəsində İnstitutda Türkiyənin qida təhlükəsizliyi sahəsində tanınmış “Merieux NutriSciences” şirkətinin mütəxəssislərinin iştirakı ilə “Qida təhlükəsizliyi” mövzusunda təlim-seminar keçirilib. Dünyanın 26-dan çox ölkəsində nümayəndəliyi və 100-dən artıq laboratoriyası olan “Merieux NutriSciences”in qida mütəxəssisi Halil Temel qida təhlükəsizliyi sahəsində mövcud qabaqcıl beynəlxalq təcrübə, yeni qida həlləri, izləmə proqramı və etiketləmə metodları barədə seminar iştirakçılarına geniş məlumat verib. Bildirib ki, qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, bununla da qida mənşəli xəstəliklərin əhəmiyyətli dərəcədə azaldılması baxımından çox vacibdir. Eyni zamanda müxtəlif beynəlxalq standartların tətbiq edilməsinin ölkəmizdə istehsal edilən qida məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasında, məhsulların ixrac potensialının yüksəlməsində böyük rolu olduğu seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, təlim-seminarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq şöbə və bölmələrinin əməkdaşları, eləcə də qida sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.