AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Regional tədbir iştirakçıları AQTİ laboratoriyalarında olublar
06-09-2022 16:00

Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya (IPPC) və Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baş çəkiblər.

Xarici qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması həyata keçirilir.

AQTİ laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan beynəlxalq qurumların nümayəndələri ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, İnstitutda beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki rolunu xüsusi vurğulayıblar.

Qeyd edək ki,  qonaqlar 2022-ci il 5-7 sentyabr tarixlərində Bakıda keçirilən Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın  Avropa və Mərkəzi Asiya üçün regional tədbirində iştirak etmək üçün Azərbaycana gəliblər. Bakıda ilk dəfə keçirilən regional tədbir “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır