- AQTİ-də növbəti təlim keçirilib
- AQTİ-də növbəti təlim keçirilib
- AQTİ-də “Təlimçilər üçün təlim” proqramı davam edir
- “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər davam edir
- “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər davam edir
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarının maarifləndirilməsini davam etdirir
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarının maarifləndirilməsini davam etdirir
- Baytarlıq ixtisası üzrə təhsil alan tələbə və məzunlar üçün AQTİ-də təlim-təcrübə kursu təşkil ediləcək
- AQTİ diyetoloq-nutrisioloq vəzifəsində işləmək istəyənləri işə dəvət edir
- AQTİ-də sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ-də sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında ən yüksək nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” ““Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn yeniliklər" mövzusunda keçirilib.
Tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub. Daha sonra qida zənciri boyunca fəaliyyət göstərən müxtəlif sahibkarlara qida təhlükəsizliyinə dair qanunda nəzərdə tutulan yeniliklər haqqında ətraflı məlumat verilib.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.