AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar AQTİ-də “Açıq qapı” günü keçiriləcək
26-05-2022 13:00

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Açıq qapı” layihəsi davam edir. Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar 7 iyun tarixində, saat 11:00-13:00-da Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Açıq qapı” günü keçiriləcək.

Məqsəd beynəlxalq aləmdə qeyd olunan bu tarixin mahiyyətinə, o cümlədən qida təhlükəsizliyinin insan sağlamlığında oynadığı rola, bu sahədə risklərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində laboratoriyalar şəbəkəsinin üzərinə düşən məsələlərə diqqət çəkmək, həmçinin bu sahədə ölkəmizdə görülən işlərlə bağlı daha geniş auditoriyanı məlumatlandırmaqdır.

“Açıq qapı” günündə iştirakçılar İnstitutun laboratoriyalarına baxış keçirəcək, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olacaq, qida məhsullarının yoxlanılması prosesində iştirak etməklə, qida məhsullarının laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izləyəcəklər.

“Açıq qapı” günlərində iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72, daxili (206) telefon nömrələrinə zəng edib qeydiyyatdan keçə bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır