AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri təkmilləşdirilir
15-01-2021 18:05

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən  xüsusi təhlükəli heyvan xəstəliklərinə dair elmi risk qiymətləndirilməsi həyata keçirilib.

Mütəxəssislər tərəfindən həyata keçirilən elmi araşdırmanın məqsədi baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəlikləri siyahısına daxil olan Şmallenberq virus xəstəliyi, iribuynuzlu heyvanlarda taun, Blutanq (göy dil), Bradzot, Anerob enterotoksemiya, Nyukasl və Pasterelyoza  qarşı mübarizə tədbirlərini təkmilləşdirməkdən ibarətdir.

Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə dair həyata keçirilmiş elmi risk qiymətləndirilməsinin nəticəsinə əsasən müalicə və profilaktika tədbirlərinin səmərəliliyini artırmaq məqsədilə dövlət-sahibkar yanaşması kontekstində bir sıra təkliflər də irəli sürülüb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır