AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Təlimlər
2019-12-27 10:00:00

Ölkəmizdə qida sahəsində fəaliyyət göstərən aparıcı müəssisə və şirkət nümayəndələri üçün mütəmadi təlimlər keçirilir. Məqsəd iştirakçıların uyğun bilik və bacarıqlarının artırılmasıdır. Təlimlər İnstitutun əməkdaşları ilə yanaşı, Amerika və Avropanın qabaqcıl ölkələrində təcrübə keçmiş beynəlxalq təlimçilər tərəfindən aparılır. İştirakçılara Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sertifikatları ilə yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikatlar da verilir.

Təlim sektorunun istiqamətləri:

1.Elmi-praktiki konfrans, simpozium, seminarların təşkili;

2.Qida sahəsində fəaliyyət göstərən qurumların işçilərinin ixtisas biliklərinin artırılması məqsədi ilə təlimlərə cəlbi;

3.Topdan və pərakəndə satışla məşğul olan böyük və kiçik sahibkarlara qida təhlükəsizliyi standartları ilə bağlı yerində (müəssisə daxili) təlimlərin keçirilməsi;

4.Beynəlxalq auditor kurslarının təşkili.

Yerli və beynəlxalq təlimlər:

1.İstehsalat müəssisələrində qida təhlükəsizliyinin idarə edilməsində ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları;

2.Pərakəndə ticarət, ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin idarə olunmasından ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları;

3.GHP- "Qabaqcıl gigiyena təcrübəsi" adlı ön şərt proqramının tətbiqi və fəaliyyət istiqamətləri;

4.Düzgün qidalanma qaydaları və qida qəbulu normaları;

5.Bitki mühafizəsi sahələrində böhran vəziyyətinin idarə edilməsi;

6.GAP - "Qabaqcıl kənd təsərrüfatı təcrübəsi" adlı ön şərt proqramının tətbiqi və fəaliyyət istiqamətləri;

7.Pestisid və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları;

8.Minimum keyfiyyət göstəricilərinin gözlənilməsi və məhsulun orqanoleptik tanınması;

9.ISO 22000:2018 standartı üzrə ilkin tanışlıq və daxili auditor istiqamətləndirilməsi;

10.GMP - "Qabaqcıl istehsalat təcrübəsi" adlı ön şərt proqramının tətbiqi və fəaliyyət istiqamətləri;

11.HACCP/TAKNN qida təhlükəsizliyi sisteminin prinsipi haqqında məlumatlandırma;

12.HACCP/TAKNN qida təhlükəsizliyi prinsipləri və kritik nəzarət nöqtələrinin təhlili;

13.Süd və süd məhsulları istehsalı sahəsində beynəlxalq standartların tətbiqi və keyfiyyətə nəzarət olunması;

14.PEST CONTROL - zərərvericilərə qarşı mübarizə aparılması qaydaları;

15.Qida məhsullarının qablaşdırılması, saxlanması və daşınmasında beynəlxalq standartların tətbiqi;

16.GLP- "Qabaqcıl laboratoriya təcrübəsi" adlı ön şərt proqramının tətbiqi və fəaliyyət istiqamətləri;

17.Ət və ət məhsullarının xammalının təhlükə riskləri, kritik nəzarət nöqtələri, planlar.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır