Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Hotels Qrup” MMC-nin qida ilə təmasda olan əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara qüvvədə olan qanunvericiliyin tələbləri, qida məhsullarının qəbulu, saxlanması və emalı qaydaları, işçi heyətin şəxsi gigiyenası, eləcə də istehsal və iş sahələrində sanitariya-gigiyena normalarına dair ətraflı məlumat verilib.
Bununla yanaşı, çarpaz çirklənmə risklərinin qarşısının alınması, temperatur rejiminə nəzarət və qida məhsullarının təhlükəsiz hazırlanması məsələləri diqqətə çatdırılıb.
İnteraktiv formatda keçirilən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, əldə etdikləri biliklər qiymətləndirilib.