Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Excelsior Hotel” MMC-yə məxsus “The Central Point Baku” hotelinin əməkdaşları üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təmin edilməsi məqsədilə HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi üzrə təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara HACCP sisteminin düzgün tətbiqi və idarə olunması, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də müvafiq sənədləşmə işlərinin aparılması barədə ətraflı məlumat verilib.
Həmçinin qida zəncirinin müxtəlif mərhələlərində yarana biləcək bioloji, kimyəvi və fiziki təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması, kritik nəzarət nöqtələrinin düzgün təyin olunması, eləcə də beynəlxalq gigiyena tələblərinin tətbiqi ilə bağlı praktiki bilik və bacarıqlar aşılanıb.