AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri beynəlxalq ekspertlə müzakirə olunub
12-01-2021 18:42

Fitosanitar məsələlər üzrə beynəlxalq ekspert Gintaras Lapinskas Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində növbəti dəfə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) rəhbər və mütəxəssis heyəti ilə görüşüb. 

Görüşdə bitki sağlamlığı sahəsində ölkəmiz üçün aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Zərərli orqanizmlərin risk təhlilinin aparılması, azad zonanın yaradılması ilə bağlı müzakirələr aparılıb. Gintaras Lapinskas Qızılı kartof nematodunun aşkarlanması zamanı görülməli tədbirlər, meyvə və tərəvəzlərdə, o cümlədən pomidorda aşkarlanan zərərvericilər, onlara qarşı aparılan mübarizə tədbirləri və meyvə-tərəvəzlərdə pestisid qalıqlarının insan orqanizminə fəsadları haqqında fikirlərini bölüşüb.

Görüşdə bitki sağlamlığı sahəsində aktual mövzular və mövcud problemlər barədə AQTİ mütəxəssisləri beynəlxalq ekspert ilə geniş fikir mübadiləsi aparıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır