AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
İstixanalarda monitorinqlər davam etdirilir

Ölkə ərazisinə fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədilə bitkiçilik təsərrüfatlarında monitorinqlər davam etdirilir. 6-12 yanvar 2021-ci il tarixlərini əhatə edəcək növbəti monitorinqlərin ilk iki günü ərzində ümumilikdə 5 istixanada müvafiq tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən keçirilən monitorinqlər Tovuz, Samux, Bərdə, Yevlax və Gəncə şəhərində yerləşən pomidor yetişdirilən istixanaları əhatə edib.

İstixanalarda yetişdirilən tərəvəz məhsullarından nümunələr götürülərək karantin tətbiq edilən zərərli orqanizmlərin və məhsulun tərkibində toksikoloji göstəricilərin yoxlanması məqsədilə AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilib. Monitorinqlər zamanı bitkiçilik təsərrüfatlarında aqrokimyəvi preparatların, pestisidlərin tətbiqi, sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində maarifləndirmə işləri aparılıb. Həmçinin bitki sağlamlığının təmin olunmasında sahibkarların üzərinə düşən məsuliyyət və qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib. Hazırda monitorinqlər digər rayonlar üzrə davam etdirilir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır