AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Qəhvəyi mərmər bağacığı ilə bağlı videoçarx hazırlanıb
23-01-2023 18:02

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.

Maarifləndirmə tədbirləri çərçivəsində zərərverici ilə bağlı videoçarx hazırlanıb. Videoçarxda qəhvəyi mərmər bağacığı, eyni zamanda zərərvericinin yayılması, inkişafı, qidalanması və onunla mübarizə tədbirlərinə dair ətraflı məlumat verilib.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığın müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Həmçinin qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır.

Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır