AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Nümunələrlə iş şöbəsi
21-11-2022 16:12

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Nümunələrlə iş şöbəsinin fəaliyyətinin əsas məqsədi nümunələrin bir mərkəzdə toplanaraq müvafiq laboratoriyalara yönləndirilməsidir. Belə ki, məntəqənin fəaliyyəti idxal, ixrac, monitorinq, planlı və plandankənar yoxlamalar üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı bölmələrinin müfəttişləri tərəfindən, həmçinin fiziki şəxs və ya müstəqil müraciətlər əsasında  müayinəsinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalara təqdim olunan nümunələrin qəbulu prosesindən ibarətdir.

Nümunələr “Nümunə qəbulu, saxlanması və kodlaşdırılması proseduru”na əsasən qəbul olunur.

Nümunə qəbulu zamanı nümunələri müşahidə edən müvafiq sənədlər, eləcə də nümunənin laborator analizlər üçün yararlı olub-olmaması yoxlanılır. Nümunə qəbul ediləndən sonra məxfiliyin qorunması məqsədi ilə qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.

Nümunələrlə iş şöbəsi təqdim olunmuş bütün növ qida və qeyri-qida məhsullarından götürülən nümunələrin laborator müayinələr üçün yararlı olub-olunmamasının yoxlanılması, qəbulu və ya uyğunsuz hesab edilməsi, saxlanma, daşınma qaydalarına əməl olunub olunmamasının müəyyənləşdirilməsi həmçinin təqdim edilmiş nümunələrin barkodlaşdırılaraq sınağın aparılacağı laboratoriyalara göndərilməsini təmin edir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır