- AQTİ növbəti səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir
- AQTİ növbəti səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir
- Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticələr əldə edib
- Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası daha bir beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası daha bir beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- AQTİ su nümunəsində parametrlərin müayinəsi üzrə laboratoriyalararası səriştəlilik sınağına start verib
- AQTİ su nümunəsində parametrlərin müayinəsi üzrə laboratoriyalararası səriştəlilik sınağına start verib
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb
- Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
- Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) Ümumrusiya Heyvan Sağlamlığı üzrə Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Dabaq xəstəliyi üzrə Referens Laboratoriyası və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dabaq xəstəliyi üzrə Referens Mərkəzi tərəfindən təşkil olunan laboratoriyalararası test proqramında dabaq xəstəliyinin (A, O, Asia1, SAT-2 tipləri) ELISA müayinə metodu ilə təyini üzrə uğurlu nəticə əldə edib.
Qeyd edək ki, MBL bundan əvvəl də beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik test proqramlarına qatılaraq yüksək nəticələr əldə edib. Laboratoriya Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq heyvan xəstəliklərinin 39 parametri üzrə beynəlxalq akkreditasiyadan keçirilib.