AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Göygöl Regional Sınaq Laboratoriyası
21-01-2020 10:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzi Departamentinin Göygöl Regional Sınaq Laboratoriyasının əsas fəaliyyət istiqaməti heyvan xəstəliklərinin diaqnostikasıdır.

Laboratoriya ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun təsis edilib və ISO 17025:2017 standartının tələbləri əsasında milli akkreditasiyadan keçib. Laboratoriyada xəstəliklərin diaqnozu seroloji (RBS, KBR, KUMBR və ELISA), mikrobioloji və molekulyar-genetik üsul olan PZR müayinə metodları ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Təlimatına uyğun həyata keçirilir.

Laboratoriyanın işçi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə davamlı olaraq müxtəlif mövzular üzrə keçirilən təlimlərdə iştirak edir.

Göygöl Regional Sınaq Laboratoriyası Böyük Britaniyanın VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil olunan səriştəlilik test proqramlarında bruselyoz xəstəliyinin müayinəsi üzrə yüksək nəticə əldə edib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır