AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi
21-01-2020 10:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib. Laboratoriyada bölgəyə xarakterik heyvan xəstəliklərinin diaqnostikası və müayinəsi həyata keçirilir.

Sabirabad Regional bölmədə heyvan və quş xəstəliklərinin təyini üzrə müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatına əsasən patomorfoloji, mikrobioloji, seroloji, molekulyar-genetik və parazitoloji üsullarla aparılır.

Bölmənin işçi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə davamlı olaraq müxtəlif mövzular üzrə keçirilən təlimlərdə iştirak edir.

Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi Böyük Britaniyanın VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil olunan səriştəlilik test proqramlarında bruselyoz xəstəliyinin müayinəsi üzrə yüksək nəticə əldə edib.

Sabirabad Regional bölmə Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. Həmçinin bölmə attestata əlavə edilən akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərmək hüququna malikdir.

 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır