AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Tovuz Regional Sınaq Laboratoriyası
21-01-2020 10:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Tovuz Regional Sınaq Laboratoriyası ölkəyə idxal olunan və Azərbaycandan ixrac edilən məhsullarda heyvan və bitki sağlamlığı üzrə fəaliyyət göstərir.

Tovuz Regional Sınaq Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. Həmçinin laboratoriya attestata əlavə edilən akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərmək hüququna malikdir.

Tovuz Regional Sınaq Laboratoriyasında patomorfoloji, mikrobioloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələr həyata keçirilir. Laboratoriyada çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə davamlı olaraq təlimləndirmə və maarifləndirmə işləri aparılır. Həmçinin laboratoriya həyata keçirilən müayinələrin effektivliyinin yoxlanılması məqsədi ilə laboratoriyalararası səriştəlilik sınaqlarına qatılır və uğurlu nəticələr əldə edir. Heyvan sağlamlığı ilə bağlı serologiya bölməsində ELISA metodu (Multiskan FC), KBR, AR, RBS, SHR reaksiyaları ilə bruselyoz, xlamidioz, viruslu diareya, xbh taun xəstəliyi, çiçək xəstəliklərinin diaqnostikası, mikrobioloji və parazitoloji bölmədə mikroskopiya və əkmə üsulu ilə bakteriya və parazitlərin diaqnostikası aparılır. Eyni zamanda, molekulyar-genetik (PZR) müayinələr vasitəsi ilə patolojii materiallarda bakteriya və virus məşəli xəstəliklərin diaqnostikası həyata keçirilir.

Meyvə, tərəvəz və bitki mənşəli digər məhsulların entomoloji, fitopatoloji, mikoloji, virusoloji (ELİSA, PZR), molekulyar-genetik (PZR) müayinələri zamanı bitki zərərvericilərinin, göbələklərin, bakeriyaların və virusların diaqnostikası aparılır.

 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır