AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
İstehlakçıların 59%-i qida obyektlərində xidmət göstərən işçi heyətin tibbi müayinədən keçib-keçməməsi ilə maraqlandığını bildirib
22-12-2022 12:30

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sosial şəbəkə vasitəsilə istifadəçilər arasında sorğu keçirib. Sorğunun keçirilməsində məqsəd istehlakçıların qida obyektlərində xidmət göstərən işçi heyətin tibbi müayinədən keçib-keçməməsi ilə maraqlanıb-maraqlanmadığını öyrənməkdən ibarətdir.

Mövzu ilə bağlı İnstitutun rəsmi sosial şəbəkə hesablarında keçirilən sorğuda, ümumilikdə, 271 istifadəçi iştirak edib. Sorğuya qatılanların 162-si (59%) qida obyektlərində xidmət göstərən işçi heyətin tibbi müayinədən keçib-keçməməsi ilə maraqlandığını, 109-u (41%) isə maraqlanmadığını bildirib.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müəyyən edilmiş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Həmçinin qida subyektlərinin qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri ilə məşğul olan əməkdaşları fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır