AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
"Süfrə"dən seçmələr - Pendirin orqanizmə faydaları
07-09-2020 09:42
Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirdəki zülallar süddəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25 %-ə qədər zülal, 60 %-ə qədər yağ və 3,5 %-ə qədər karbohidrat mövcuddur. 100 q pendirin enerji dəyəri 200–400 kkal arasında dəyişir. Südün mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ – bərk, yarımbərk, yumşaq, toz, krem və s. şəklində pendir hazırlana bilər. Pendirin hazırlanmasında süddən başqa, bir sıra köməkçi vasitələrdən də istifadə edilir ki, onlara dadlandırıcı, qoruyucu, konservləşdirici və digər qatqı maddələrini aid etmək olar.
 
Pendirin faydaları
• Kalsium mənbəyi
• Fol turşusu və B2 vitamini ilə zəngin
• Təbii probiotik
• Sinir sistemi üçün faydalı
• Güclü antioksidant
 
Həmçinin, pendir yaddaşın möhkəmlənməsini təmin etməklə yanaşı immun sistemini də gücləndirir.
 
Pendir hazırlayarkən pasterizə və ya sterilizə edilmiş süddən istifadə tövsiyə olunur. Pendirin duzda düzgün yetişdirilməsi də vacib şərtlərdən biridir.
Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır