AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
11232 xırdabuynuzlu heyvandan toplanılmış qan nümunələri Mərkəzi Baytarlıq Laboratoriyasının Virusologiya bölməsində müayinə olunub
2021-01-05 18:11:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Xəstəliklərə nəzarət və baytarlıq diaqnostikası üzrə milli potensialın təkmilləşdirilməsi” layihəsi davam edir. Layihə çərçivəsində xırdabuynuzlu heyvanların taun xəstəliyinin seroprevalentliyinin təyin edilməsi məqsədilə ölkə üzrə seçmə üsulu ilə 11232 xırdabuynuzlu heyvandan toplanılmış qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasının Virusologiya bölməsində müayinə olunub.

Layihə çərçivəsində, həmçinin Mərkəzi Baytarlıq Laboratoriyası və 6 Regional Sınaq Laboratoriyasının əməkdaşları, eləcə də bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar təlimlərə cəlb edilib.

“Xəstəliklərə nəzarət və baytarlıq diaqnostikası üzrə milli potensialın təkmilləşdirilməsi” layihəsinin əsas məqsədlərindən biri heyvan xəstəliklərinin monitorinqini aparmaq, o cümlədən baytarlıq diaqnostikası sahəsində milli potensialın gücləndirilməsidir. Layihə ölkə ərazisində heyvan xəstəliklərinin profilaktika və diaqnostikasının düzgün aparılmasına və xəstəliklərə qarşı mübarizə metodlarının gücləndirilməsinə xidmət edir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır