AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTA sahibkarlar üçün videotəlimləri davam etdirir
2020-05-11 11:48:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimləri davam etdirir.

12 may saat 15:00-da keçiriləcək növbəti videotəlimdə pandemiya dövründə ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin fəaliyyəti, epidemioloji vəziyyəti nəzərə alaraq ictimai iaşə müəssisələrinin işinin təşkili ilə bağlı tövsiyələr, karantin rejimindən mərhələli çıxış üzrə ictimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar, “Qida təhlükəsizliyi, COVID-19-un profilaktikasına dair ictimai iaşə müəssisələri üçün metodiki göstərişlər, sanitariya və gigiyena metodları və normaları” müzakirə olunacaq. Otellər və Restoranlar Assosiasiyasının nümayəndələri ilə birgə keçiriləcək təlimdə sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlar (012) 377-00-77 (216) və (051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır