AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri distant maarifləndirmə təlimlərini davam etdirir
2020-07-14 17:40:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən distant maarifləndirmə təlimləri davam etdirilir.

Bu dəfə İnstitutun mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları üçün “İstehsal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində şəxsi gigiyena və sanitar qaydalarına nəzarət üsullarının tətbiqi” mövzusunda distant maarifləndirmə təlimləri keçirilib.

Təlimdə iştirakçılara şəxsi gigiyena qaydalarına nəzarət, qida məhsullarının çirklənməsi, kimyəvi dərmanların istifadə konsentrasiyası (MSDS), zərərvericilərlə mübarizə üsulları üzrə sənədləşmənin yoxlanılması, sahə nəzarətçisinin qidaların keyfiyyəti ilə bağlı gündəlik yoxlamalarına nəzarət, ərzaq tədarükü və məhsulların anbara yığılması üzrə beynəlxalq qaydalara əsaslanan üsullar (FİFO prinsipi), utilizasiya prosesinin aparılması ilə bağlı məlumat verilib. Eyni zamanda istehsal obyektlərində sanitar-gigiyena normalarının qorunması, HACCP prinsipi, COSHH sistemi, işçi heyətin sağlamlığına dair nəzarət proqramları - aylıq və illik tibbi yoxlanışlara nəzarət sistemi ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Mövzu ilə bağlı fikir və təkliflər dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır