AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ tərəfindən şəkərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair sanitariya norma və qaydaları hazırlanıb
2021-01-06 18:04:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Şəkərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair sanitariya normaları və qaydaları” hazırlanıb. Yeni norma və qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli, 1012 VQD nömrəli Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli, 1923 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 noyabr tarixli, 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərinə əsasən hazırlanıb. “Şəkərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair sanitariya normaları və qaydaları” hazırlanarkən Kodeks Alimentariusun CODEX STAN 212-1999 standartına istinad edilib.

Sözügedən sənədin hazırlanmasında məqsəd şəkərin gigiyenik qaydalara riayət olunmaqla hazırlanma texnologiyası, istehsalı, emalı, saxlanılması, daşınması və satışa təqdim edilməsi mərhələlərində bu məhsullara dair norma və qaydaları müəyyənləşdirməkdən ibarətdir. Müəyyən edilən  qaydalar əlavə emal prosesinə ehtiyac olmadan insan istehlakı üçün nəzərdə tutulmuş, qida məhsullarının komponenti kimi istifadə olunan şəkər növlərinə şamil olunaraq şəkərdən hazırlanan qənnadı məmulatlarına və kəllə qəndə aid edilmir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır