AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Mərkəzi Fitosanitar Laboratoriyasında 563 nümunənin ekspertizası aparılıb
2021-01-11 18:41:00

Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında ölkəyə idxal edilən və ölkəmizdən ixrac olunan qida məhsulları risk əsaslı müayinələrə cəlb edilir.

İnstitutun Mərkəzi Fitosanitar Laboratoriyasında bitki və bitkiçilik məhsullarında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji, mikrobioloji və virusoloji ekspertizalar aparılır. Eyni zamanda, bitki və bitkiçilik məhsullarında genetik modifikasiya olunmuş (GMO) orqanizmlərin sınağı həyata keçirilir.

4-8 yanvar 2021-ci il tarixlərində Mərkəzi Fitosanitar Laboratoriyasına daxil olmuş nümunələr üzrə 563 nümunənin ekspertizası həyata keçirilib.

Ümumilikdə laboratoriyada 511 entomoloji, 49 herboloji, 4 fitohelmintoloji, 33 mikoloji analiz aparılıb. Ekspertizalar zamanı 35 nümunədə karantin tətbiq edilən zərərvericilər aşkarlanıb, 5 nümunədə isə karantin tətbiq edilməyən zərərverici həşəratlar aşkarlanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır