AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
SOVQAT layihəsi çərçivəsində ilk “Peşəkarlarla görüş” saatı keçirildi
2020-09-12 18:07:00

Ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə SOVQAT layihəsinin icrasına başlanılıb.

SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində onlayn platforma üzərindən ayda 2 dəfə “Peşəkarlarla görüş” saatının keçirilməsi nəzərdə tutulur.

Sentyabrın 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılovun iştirakı ilə “Yeni qida təhlükəsizliyi sistemində sahibkarların rolu” mövzusunda ilk görüş keçirilib. Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlara SOVQAT layihəsi barədə ətraflı məlumat verilib, layihənin üstünlüklərindən danışılıb. Bildirilib ki, həyata keçirilən bu layihə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi və beynəlxalq sertifikatların alınması, istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin yerli, eləcə də xarici bazarlarda rəqabətqabiliyyətliliyini artırmaq baxımından mühüm rol oynayacaq. Eyni zamanda, layihə çərçivəsində sahibkarlıq subyektlərinə yeni qida təhlükəsizliyi sisteminə inteqrasiya məsələlərində dəstək verilməsi, müxtəlif sahələr üzrə ekspertlərin köməyindən istifadə edilməsi nəzərdə tutulur.

Videobağlantı formatında keçirilən görüşdə iştirakçıların sualları cavablandırılıb, qida təhlükəsizliyinin təmin olunmasında belə maarifləndirici görüşlərin təşkilinin vacibliyi ifadə olunub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır