AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
SOVQAT layihəsi çərçivəsində "Pandemiya dövründə keytrinq fəaliyyətinin təşkili" müzakirə olunub
2020-10-29 15:14:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatı keçirilib. 30-a yaxın sahibkarlıq subyektinin nümayəndəsinin iştirak etdiyi görüşdə "Pandemiya dövründə keytrinq fəaliyyətinin təşkili" mövzusunda müzakirələr aparılıb.

Görüşdə sahibkarlara keytrinq xidməti işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş metodiki göstərişlər, Ümumdünya Səhiyyə Təşkilatının (WHO), Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT), Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının təcrübə və tövsiyələri barədə ətraflı məlumat verilib. 

Görüş iştirakçılarına “İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyeklərində pandemiya dövründə düzgün şəkildə xidmətin təşkil olunması qaydaları” və “İaşə xidməti göstərən müəssisələrdə qida təhlükəsizliyi sisteminin idarə edilməsində ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları” ilə bağlı maarifləndirici məlumatlar verilib.. Bildirilib ki, insanların sıx toplaşdığı digər ictimai yerlərdə olduğu kimi, keytrinq xidməti göstərilən yerlərdə də koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalı yüksəkdir. Odur ki, istər işçi heyətin, istərsə də qonaqların sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə keytrinq xidməti göstərilən yerlərdə sanitariya-gigiyena, əksepidemik rejim və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl edilməlidir.

Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə icrasına başlanılmış SOVQAT layihəsi barədə də ətraflı məlumat verilib. Bildirilib ki, SOVQAT – Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizlik Anlayışının Tətbiqi layihəsinin əsas məqsədi qida məhsullarının tarladan süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır