AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
12 may Beynəlxalq Bitki Sağlamlığı Günüdür

12 may Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Ölkəmizdə bitki sağlamlığının təmin olunması, fitosanitar vəziyyətin nəzarətdə saxlanması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində laboratoriyalar fəaliyyət göstərir.
 
Bu sahədə fəaliyyət göstərən, müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, o cümlədən ölkəmizdə ilk dəfə olaraq bakterioloji və virusoloji ekspertizalar həyata keçirilir.
 
Kənd təsərrüfatı bitkilərinin inkişafının yaxşılaşdırılması, məhsuldarlığın artırılması, eləcə də onların müxtəlif xəstəlik və zərərvericilərdən qorunması üçün pestisidlərdən və aqrokimyəvi maddələrdən geniş istifadə olunur. Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir.
 
Ölkəmizin qeyri-neft sektorunda ixrac məhsulları arasında bitkiçilik məhsulları üstünlük təşkil edir. Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur.
 
Beynəlxalq tələblərə əsasən, ümumilikdə laboratoriyada təyin olunan pestisid çeşidi 6-dan artırılmış, hazırda 600-dən çoxdur.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır