AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
ADA Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
06-02-2025 17:48

Fevralın 6-da ADA Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda görüş keçirilib. Görüşün məqsədi ADA Universiteti nəzdində İtalyan-Azərbaycan Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni laboratoriyalarının yaradılması ilə bağlı məsləhətləşmə və fikir mübadiləsi aparmaqdır. ADA Universitetinin yeni laboratoriyalarının təşkili ilə bağlı AQTİ ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev qonaqlara İnstitutun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalar barədə ətraflı məlumat verib. Bildirib ki, bu laboratoriyalarda ən müasir texnologiyalardan istifadə olunmaqla kompleks tədqiqatlar aparılır. Laboratoriyalarda çalışan peşəkar işçi heyəti tam gücü ilə əhalinin, bitki və heyvan sağlamlığının keşiyindədir. 

Əli Nəbiyev ADA Universiteti nəzdində İtalyan-Azərbaycan Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni laboratoriyalarının yaradılmasında AQTİ tərəfindən lazım olan dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. 

ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin professoru Asəf Ömərov Qida Təhlükəsizliyi İnstitutu və onun nəzdində fəaliyyət göstərən laboratoriyaların işini yüksək qiymətləndirib.

Sonra qonaqlar İnstitutun laboratoriyaları ilə yaxından tanış olub, burada sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır